taxıl məhsulları

Taxıl və taxıl emalı məhsulları

taxıl emalı məhsulları
taxılın və taxıl emalı məhsullarının keyfiyyəti
OBASTAN VİKİ
Taxıl
Taxıl – bir çox dənli bitkilərin cəmindən alınan məhsuldur. Taxıl cinsinə mənsub olan dənli bitkilər 2 qrupa ayrılır: əsas taxıl tipli bitkilər – buğda, çovdar, arpa və vələmir; darıyabənzər tipli taxıl bitkiləri – darı, düyü, qarğıdalı;Taxıl cinsinə aid olan dənlər quruluş etibarilə çılpaq və qabıqlı olur. == Çılpaq dənli bitkilər == Çılpaq dənli bitkilərə buğda, çovdar və qarğıdalı aiddir. Çılpaq dənli bitkilərin üzərində çiçək qişası olmur. Çılpaq dənli bitkilərdə meyvə və toxum qılafı, aleyron təbəqəsi, endosperm və rüşeym vardır. Meyvə qılafı – (perikarpiy) bir neçə qat toxumalardan ibarətdir: epidermis, epikarpiy, mezokarpiy və endokarpiy. Meyvə qılafı yarımşəffafdır, tərkibində sellüloza, pentozanlar, pektin maddəsi, mineral maddə, az miqdarda şəkər, azotlu maddə və yağ vardır. Çılpaq taxıl bitkilərində bütöv dənin 5-6%-ni, qabıqlı dənli bitkilərdə isə 2-4%-ni təşkil edir. Toxum qılafı – (perispermiy) 2 qatdan ibarətdəir: 1. Piqmentli qatda boya maddələrindən antosianlar (qırmızı), flavonlar (sarı) və xlorofil (göy-yaşıl) vardır; 2.
Qida məhsulları
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. == Üzvi maddələr == === Zülallar === Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Süd məhsulları
Süd məhsulları, ağartı və ya ağarantı — məməlilərin südündən hazırlanan qida növü. Əsasən inək, su camışı, ev keçisi, qoyun və dəvə südündən əldə edilir. Süd məhsullarına yoğurt, pendir və kərə yağı kimi qidalar daxildir. Süd məhsullarının istehsalı ilə məşğul olan təsərrüfat sahəsi südçülük adlanır. Əksər Şərqi və Cənub-şərqi Asiya ölkələri, həmçinin Mərkəzi Afrikanın bəzi əraziləri istisna olmaqla, süd məhsulları bütün dünyada istehlak olunur. == Süd == Süd, əlavə homogenləşdirmədən və ya pasterizasiyadan və yağ səviyyəsinin standartlaşdırılmasından və Streptococcus lactis və Leuconostoc citrovorum bakteriyalarının əlavə edilməsindən sonra bir neçə səviyyədə istehsal olunur. Süddən bir neçə məhsul istehsal edilir: xama, yağ, pendir, körpə formula və yoğurt. Süd yağlılıq səviyyəsinə görə fərqlənir. Yağsız süddə yağlılıq səviyyəsi 0 olur. Təbii süddə isə yağlılıq ən yüksək səviyyədə olur.
Neft məhsulları
Neft məhsulları neft emalı zavodlarında emal edildiyi üçün xam neftdən (neftdən) alınan materiallardır. Neftin böyük hissəsi neft məhsullarına çevrilir ki, bunlara bir neçə yanacaq sinfi daxildir. Xam neftin tərkibinə görə və bazarın tələbindən asılı olaraq neft emalı zavodları müxtəlif növ neft məhsulları istehsal edə bilir. Neft məhsullarının ən böyük payı müxtəlif növ mazut və benzinin payına düşür ki, onlar da "enerji daşıyıcıları" kimi istifadə olunur.
Taxıl böcəkləri
Taxıl böcəkləri (lat. Zabrus) — sərtqanadlılar və ya böcəklər dəstəsinin karabidlər (lat. Carabidae) fəsiləsinin əsl karabidlər yarımfəsiləsinə (lat. Carabeinae) aid cinsdir. == Sadə və səmimi insanXarici quruluşu == Cinsə daxil olan növlərin bədəni əsasən enli olub oval formalıdır, az-çox uzunsovdur, yanları çox vaxt paraleldir. Növlərin əksəriyyətinin rəngi qətrana oxşar qaradır, çox vaxt metal parlaqlığı var. Bığcıqları sap şəklındədir, 11 buğumludur, üzərində qıllı məsamələr var. Bığcıqların ikinci buğumu boyca birincinin yarısı qədərdir, üçüncü buğumu isə birincidən demək olar ki, iki dəfə uzundur. Qalan buğumlar təxminən eyni uzunluqda olub, üçüncü buğumdan bir qədər qısadır, azca sıxılmışdır. Sonuncu buğum uzunsov-oval şəklindədir.
Taxıl quyusu
Taxıl quyusu ən çox dağ kəndlərində, qismən də dağətəyi kəndlərdə geniş yayılmışdı. Taxılı nəmdən qorumaq üçün quyunun döşəməsinə ot-alaf, saman tökməkdən əlavə, bəzən divarlarına çətən və ya həsir çəkirdilər. Sucaq ərazilərdə taxıl quyusu qazmaq əl vermirdi. Belə quyuda ancaq boyaq bitkisinin kökünü saxlayırdılar. Çünki boyaq kökü çox quruyanda özünün boyaq keyfiyyətini xeyli itirirdi. Boyaq bitkisi əkinləri tənəzzülə uğrayandan sonra boyaq quyusu da aradan çıxmışdır.
Taxıl taxtabitisi
Taxıl taxtabitisi (lat. Trigonotylus ruficornis Geoffr.- ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Bu növ korcalar Miridae fəsiləsinə məmsub olub, geniş yayılmışdır. Uzunluğu 5.7–6.3 mm – dir. Yumurta mərhələsində qışlayır. Payızda yarpaqların toxumaları arasında 6 – 10 dənə yumurta qoyur. Erkən yazda yumurtadan çıxan sürfələr payızlıq dənli bitkilər üzərində qidalanır. İyunun əvvəllərində birinci nəsil yetkin formaya keçir. Bunlar yazlıq dənli bitkilər üzərində qidalanır və yumurta qoyur. İkinci nəslin inkişafı da dənli bitkilər üzərində gedir.
Bərk neft məhsulları
Bərk neft məhsulları == Parafinlər == Parafinlər əsasən normal quruluşlu molekulunda 18-35 ataomlu metan sırası, ərimə temperaturu 45-65oC olan karbohidrogen qarışığından ibarətdir. Parafinlərdə adətən bir qədər izoparafin, bir də molekulunda aromatik və naften nüvəli karbohidrogen təşkil edir. Parafin – molekul kütləsi 300-450 olan kristallik quruluşa malik ağ maddədir. Parafinlər əsasən aromatik-keton həlledicilərindən istifadə edərək distillə olunmuş yağ xammalının parafinsizləşdirmə və yağsızlaşdırma yolu ilə alırlar. Əmtəə məhsulları almaq üçün yağsızlaşdırılmış parafinləri sulfat turşusu, kontakt üsulu, süzülmə və hidrogenləşmə yolu ilə təmizləyirlər. Təmizlik səviyyəsinə görə parafinləri yüksək təmizlənmiş və adi təmizlənmişlərə bölünür. Yüksək təmişlənmiş parafinlərin tətbiq sahələri: - yeyinti məhsulları ilə təmasda olan konteynerləri və qablaşdırılma materialın hazırlanmasında; - kosmetik preparatlar hazırlamaq üçün; - əczaçılıq sənayesində; - müxtəlif mumlu tərkiblərin hazırlanmasında.Texniki təyinatlı təmizlənmiş parafinləri istifadə edirlər: - təsərüffatın müxtəlif sahələrində xammal materialı kimi (sintetik yağ turşularının alınmasında, xlorparafinlərin və s.); - kimyəvi məişət məhsullarının, əsasən şamların alınmasında; - müxtəlif növlü kağızların, kartonların, tekstilin, taxta və metal səthlərin hopdurulması və örtülməsi üçün == Serezinlər == Serezinlər- əsasən molekulunda karbon atomlarının sayı 35-dən 55-ə qədər olan izomer və normal quruluşlu parafin karbohidrogenin qarışığından ibarətdir. Serezinlərin tərkibində həmçinin parafin naften və parafin-naften-aromatik karbohidrogenlər vardır. Serezinlər – makrokristallik quruluşa malik maddələrdir. Parafinlərdən fərqli olaraq serezinlər yüksək özlülüyə və yağı qatılaşdırmaq qabiliyyətinə malikdirlər.
Rusiya məhsulları alma
Rusiya məhsulları alma (ukr. Не купуй російське!) və ya Rusiya məhsullarını boykot elə (ukrayna dilində Бойкотуй російське!) — Ukraynadakı Rusiya əmtəəsini boykot edən müqavimət kampaniyasıdır. Rusiya Federasiyasının Ukraynaya ticarət embarqosuna qarşı reaksiya olaraq 2013-cü ilin avqustun 14-də başlamışdır. Vidsiç adlı hərəkat kampaniyanı sosial mediada təşkil etmişdir. Kampaniya 45 şəhər və qəsəbəyə müxtəlif üsullarla (poster, vərəqə və s.) ilə yayıldı. 2013-cü ilin noyabrında baş verən Avromeydan aksiyaları ilə eyni dövrə düşən kampaniya 2014-cü ilin martın 2-də Krım böhranı və Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə eyni vaxt ərzində yenidən başladıldı. == Qalereya == == Xarici keçidlər == Rusiya Ukraynanı zərəsizləşdirir. Facebookda kampaniyanın rəsmi səhifəsi (ingilis dilində) Дамо відсіч зазіханням Росії на Україну. Facebookda kampaniyanın rəsmi səhifəsi. Дамо відсіч зазіханням Росії на Україну!.
Rusiya məhsulları alma!
Rusiya məhsulları alma (ukr. Не купуй російське!) və ya Rusiya məhsullarını boykot elə (ukrayna dilində Бойкотуй російське!) — Ukraynadakı Rusiya əmtəəsini boykot edən müqavimət kampaniyasıdır. Rusiya Federasiyasının Ukraynaya ticarət embarqosuna qarşı reaksiya olaraq 2013-cü ilin avqustun 14-də başlamışdır. Vidsiç adlı hərəkat kampaniyanı sosial mediada təşkil etmişdir. Kampaniya 45 şəhər və qəsəbəyə müxtəlif üsullarla (poster, vərəqə və s.) ilə yayıldı. 2013-cü ilin noyabrında baş verən Avromeydan aksiyaları ilə eyni dövrə düşən kampaniya 2014-cü ilin martın 2-də Krım böhranı və Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə eyni vaxt ərzində yenidən başladıldı. == Qalereya == == Xarici keçidlər == Rusiya Ukraynanı zərəsizləşdirir. Facebookda kampaniyanın rəsmi səhifəsi (ingilis dilində) Дамо відсіч зазіханням Росії на Україну. Facebookda kampaniyanın rəsmi səhifəsi. Дамо відсіч зазіханням Росії на Україну!.
Qalisiya taxıl anbarı
Qalisiya taxıl anbarı (qalis. Hórreo galego) — İspaniyanın Qalisiya bölgəsində qarğıdalı və digər dənli bitkiləri öyütməzdən qabaq saxlamaq üçün istifadə olunan anbar tipi. Anbarın uzun və dar quruluşu havanın içəridə dolaşmasını asanlaşdırır. Uzun boylu forması və tikildiyi material taxılı nəmdən qoruyur. Üzərində durduğu ayaqlar zərərvericilərin ona dırmaşmasını çətinləşdirir.XIII əsrdə X Alfonsonun əmri ilə yazılmış "Müqəddəs Məryəm mahnıları" kitabında bu tip anbarların sxemi tapılmışdır. Çörək üçün lazım olan qarğıdalı əkininin artması ilə birlikdə taxıl anbarlarının da sayı artmışdır. 1973-cü ildə İspaniya hökuməti Qalisiya və Asturiyadakı bütün istifadə olunmayan qədim Qalisiya taxıl anbarlarını qorumaq qərarını vermişdir. 1768-ci ildə Karnotada inşa edilən bütün taxıl anbarları tarixi abidə kimi qəbul olunur. Taxıl anbarları 20 metrə qədər müxtəlif boylarda ola bilir. Anbarların gövdəsi qranitdən olub, divar panelləri ya daşdan, ya da taxtadan hazırlanır.
Qarğalarla taxıl sahəsi (tablo)
Qarğalarla taxıl sahəsi (nid. Tarwe gebied met kraaien) – Holland postimpressionist rəssam Vinsent van Qoqun məşhur və son əsərlərindən biri. Bəzi tənqidçilər tərəfindən onun ən böyük əsərlərindən biri kimi göstərilir. Tez-tez əsərin Van Qoqun son rəsm əsəri olduğu bildirilir. Amma, sənət tarixçiləri heç bir tarixi qeyd olmadığı üçün rəsm əsərinin Van Qoqun sonuncu olduğuna aid fikirlərin qeyri-müəyyən olduğunu bildiriblər.
Qara Dəniz Taxıl Təşəbbüsü
Qara Dəniz Taxıl Təşəbbüsü (ing. Black Sea Grain Initiative) Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə 2022-ci il iyulun 22-də Rusiya və Ukrayna arasında imzalanmış sazişdır. Bu saziş Rusiyanın Ukraynaya hərbi təcavüzü ərzində Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınmasını nəzərdə tutur.2022-ci ilin fevral ayında Rusiyanın Ukraynaya hücumu əvvəllər Qara dəniz vasitəsilə əsas taxıl ixracatçısı hesab edilən Ukraynadan dənizlə taxıl daşımalarının tamamilə dayanmasına səbəb oldu. Bu hal dünyada ərzaq qiymətlərinin bahalaşması ilə nəticələnməklə yanaşı, aşağı gəlirli ölkələrdə mümkün aclıq təhlükəsinin yaranmasına dair narahatlıqlara yol açdı. Meydana gəlmiş problemi həll etmək üçün həmin ilin aprel ayında Qara dənizdə dəniz marşrutlarına nəzarət edən Türkiyənin ev sahibliyi və BMT-nin dəstəyi ilə müzakirələr başladı. Nəticədə 22 iyul 2022-ci il tarixində İstanbulda saziş imzalandı. Razılaşmanın qüvvədə olma müddəti ilkin olaraq 120 gün müəyyənləşdirilmişdi. İstanbul sazişi 2022-ci il ərzaq böhranının həll edilməsi üçün müəyyən limanlardan taxılın təhlükəsiz ixracı istiqamətində mexanizm formalaşdırdı. Sazişin icrası istiqamətində Türkiyədə BMT-nin də katiblik qismində iştirak etdiyi "Birgə Koordinasiya və Təftiş Mərkəzi" yaradıldı. İlkin müqavilənin müddətinin 19 noyabr 2022-ci il tarixində başa çatmasına dair razılıq əldə edilmişdi.
Genetik modifikasiya olunmuş ərzaq məhsulları
GMO - (Genetik Modifikasiya olunmuş Orqanizm) genetika mühəndisliyi metodları istifadə olunaraq genetik materiyalı dəyişdirilmiş orqanizmlərə verilən addır. Bəzi qaynaqlarda GDO, Genetikası Dəyişdirilmiş Orqanizm də adlandırılır. GMOlar qida, dərman istehsalında və elmi tədqiqatlarda geniş istifadə olunmaqdadır. Dünyada xüsusilə GMO istifadə olunaraq istehsal olunan qidaya yanaşma birmənalı deyildir. GMOnun ekologiya, insan sağlığı və iqtisadiyyata potensial zərərləri haqqında qızğın müzakirələr getməkdədir. Transgen orqanizm GMO-nun bir növü olub tamamilə başqa bioloji növlərdən gen və ya genlərin köçürülməsi yolu ilə əldə olunmuş orqanizmlər nəzərdə tutulur. GMO canlının öz DNTsində dəyişikliklər əmələ gətirmək yolu ilə də əldə oluna bilər. == Tarix == 1976-ci ildə dünyanın ilk genetik mühəndisliyi şirkəti Genentech qurulmuşdur. Bir il sonra şirkət insan zülalı, somtostatini E.coli bakteriyası vasitəsilə istehsal etməyə başlamışdır. 1978-də isə şirkət insan insulin hormonunu genetik işləyərək eyni bakteriyada istehsal etmişdir.
Qarğalarla taxıl sahəsi (rəsm əsəri)
Qarğalarla taxıl sahəsi (nid. Tarwe gebied met kraaien) – Holland postimpressionist rəssam Vinsent van Qoqun məşhur və son əsərlərindən biri. Bəzi tənqidçilər tərəfindən onun ən böyük əsərlərindən biri kimi göstərilir. Tez-tez əsərin Van Qoqun son rəsm əsəri olduğu bildirilir. Amma, sənət tarixçiləri heç bir tarixi qeyd olmadığı üçün rəsm əsərinin Van Qoqun sonuncu olduğuna aid fikirlərin qeyri-müəyyən olduğunu bildiriblər.
Taxıl istehsalının ehtiyat mənbələri (film, 1978)
== Məzmun == Texniki təbliğat filmi taxıl istehsalının ehtiyat mənbələri barədə söhbət açır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
бомба́рда вы́нудиться домови́то поско́нина славянолю́б чмо́кание бескоры́стие вчера́шний миколо́гия оба́бок цикли́чность швыря́ться юбиля́р президент прогресс age-long comet-hunter dry-rot gonna hypertonic martial art morsel калийный оснастить ханство